“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində layihə qaliblərindən biri olan Vüqar Mamedov ilə növbəti görüşünü keçirib.
QSC-dən bildirilib ki, görüşdə Zakir İbrahimov müsabiqə qalibi ilə kadrların və vaxtın idarə edilməsi, iş və həyat balansı, emosional zəka, fors-major hallarda effektiv qərar qəbuletmə ilə çevikliyin təmin olunması mövzuları ətrafında müzakirələr aparıb.
İdarə Heyətinin sədri, həmçinin məhdud maliyyə və insan resurslarından istifadənin effektiv planlaşdırması və prioritetləşdirməsi istiqamətində təcrübəsini bölüşüb, müsabiqə qalibinə müvafiq tapşırıq və tövsiyələrini verib.
Müsabiqə qalibinin 1 illik fərdi inkişaf planına uyğun olaraq idarəetmə sahəsində nəzəri biliklərlə yanaşı, real iş mühitində təcrübə toplayaraq müvafiq sahədə bacarıqlarını artırması üçün işgüzar görüşlərə cəlb edilməsi nəzərdə tutulub.