AZ

"Bloomberg"dən Ərdoğan ilə bağlı iddia - Ankara dərhal reaksiya verdi

Türkiyə tərəfi “Bloomberg”in Ankaranın Ukraynadakı münaqişənin həlli ilə bağlı təşəbbüsləri ilə bağlı açıqlamalarını təkzib edib.

Bakupost.az xəbər verir ki, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.

“Ukrayna ilə Rusiya arasında müharibəyə son qoymaq üçün diplomatik təşəbbüsləri dəstəkləyirik. Eyni zamanda, Bloomberg-in bu gün, noyabrın 18-də dərc etdiyi “Ukraynanın müttəfiqləri müharibəni bitirmək üçün Zelenskiyə güvənir” başlığı ilə yayılan xəbərin Türkiyə ilə bağlı hissəsi həqiqəti əks etdirmir”, - deyə mənbə bildirib və əlavə şərh verməyib.

Bundan əvvəl Bloomberg mənbələrə istinadən bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rio-de-Janeyroda keçiriləcək “İyirmilər Qrupu”nun (G20) sammitində Ukraynada hazırkı cəbhə xəttində münaqişənin dondurulmasını təklif edəcək. Qeyd edilib ki, Türkiyə lideri planını bazar ertəsi G20 liderlərinin görüşündə təqdim edəcək. Nəşrin mənbələri əlavə edib ki, Ərdoğan Vladimir Zelenskiyə NATO-ya üzvlük müzakirəsini ən azı 10 il təxirə salmağı təklif edəcək. Bundan əlavə, Türkiyənin ideyası Donbasın şərq hissəsində demilitarizasiya zonasının yaradılmasını və orada “beynəlxalq hərbi qüvvələrin” yerləşdirilməsini nəzərdə tutur.

G20 sammiti noyabrın 18-dən 19-dək Braziliyada keçiriləcək.

Zaur, BakuPost
Seçilən
10
bakupost.az

1Mənbələr