AZ

Dövlət və qeyri-dövlət sektorunda çalışanların sayı məlum olub

Bakı. Trend

Bu ilin noyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən,iqtisadi fəal əhalinin sayı 5308,1 min nəfər olub, onlardan 5025,3min nəfərini məşğul əhali təşkil edib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, cari il oktyabrın 1-i vəziyyətinə muzdla çalışanişçilərin sayı 1768,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlətsektorunda 880,3 min nəfər, qeyri-dövlət sektorunda isə 888,0 minnəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,8 minnəfər, qeyri neft-qaz sektorunda isə 1736,5 min nəfər çalışıb.Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,0 faiziməhsul istehsalı sahələrində, o cümlədən 7,4 faizi emalsənayesində, 6,9 faizi tikintidə, 3,3 faizi kənd təsərrüfatı, meşətəsərrüfatı və balıqçılıq sahələrində, 1,9 faizi su təchizatı,tullantıların təmizlənməsi və emalı, 1,9 faizi mədənçıxarmasənayesində, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı,bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub. Xidmətsahəsində işləyənlərin 18,8 faizi ticarət; nəqliyyat vasitələrinintəmiri, 18,2 faizi təhsil, 8,5 faizi əhaliyə səhiyyə və sosialxidmətlərin göstərilməsi, 6,4 faizi dövlət idarəetməsi və müdafiə;sosial təminat, 4,6 faizi inzibati və yardımçı xidmətləringöstərilməsi, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizipeşə, elmi və texniki fəaliyyət, 3,1 faizi turistlərinyerləşdirilməsi və ictimai iaşə, 3,0 faizi istirahət, əyləncə vəincəsənət, 2,2 faizi maliyyə və sığorta fəaliyyəti, 1,9 faiziinformasiya və rabitə, 1,1 faizi daşınmaz əmlakla əlaqədarəməliyyatlar və 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsisahələrində çalışmışlar.

Məqalədə:
Seçilən
16
6
az.trend.az

7Mənbələr