AZ

“Qadınların kişiyə inamı azalıb. Bu görüntülü danışıq haradan çıxdı bilmirəm” – Əlikramın illərdir xanımına danışdığı yalanı…

“Xanımlar çox qısqancdır. Onların kişilərə qarşı allergiyası var. Son vaxtlar görürəm ki, qadınların kişiyə inamı azalıb. Bu görüntülü danışıq haradan çıxdı bilmirəm. Xanımım telefonda internet olmayanda belə, özü yükləyir”.

Bu sözləri müğənni Əlikram Bayramov “Günə bax” verilişində deyib. Sənətçi xanımına danışdığı yalanı açıqlayıb:

“Hər zaman xanımıma deyirəm ki, ilk məhəbbətim sənsən, gözümü açıb səni görmüşəm. Bunu ilk dəfə danışıram, indi özü də baxır. Məktəb illərində bir qızı dəhşət sevmişəm. 8 Martda məktəbə getmirdim ki, ona hədiyyə verməyim. Çox kasıb olmuşuq. 23 fevralda məktəbə getmirdim ki, mənə hədiyyə verməsin. Anam deyəndə məktəbə get, ya dana, ya qoyun itirirdim ki, bəhanə olsun. Amma qız gətirib evə qoyurdu hədiyyəni. Hər gün gül tapıb onun keçdiyi körpünün altındakı suya atırdım ki, görsün. Bir gün soruşdu ki, gülü sən atırsan? Dedim, səni sevirəm. İlk məhəbbət başqa olur”. (Axşam.az)

Seçilən
1
5
millitv.net

6Mənbələr