"Sabahkı oyunda da qələbə qazanmaq istəyirik".
Apasport.az xəbər verir ki, bunu İsveç yığmasının baş məşqçisi Yon Dal Tomasson Azərbaycana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunun matçından əvvəl təşkil olunan mətbuat konfransında deyib:
“C liqasının ən yaxşısı olmaq istəyirik. Bununla da DÇ-2026-nın pley-offuna vəsiqəni təmin etmiş olacağıq. Amma Azərbaycanla oyun öncəsi bəzi futbolçularla bağlı suallar var. Həkimlərin yekun rəyini gözləyirik. Onların oynayıb-oynamayacağını bu gün və ya sabah səhər dəqiq biləcəyik. 2-3 futbolçumuzun fiziki durumu ilə bağlı problemi var. Səhər tibbi müayinədən sonra heyətlə bağlı son qərarı verəcəyik".
Qeyd edək ki, noyabrın 19-da "Strouberri Arena"da təşkil olunacaq İsveç - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Futbol tarixinin ən yaxşı qapıçıları - Siyahı
Türkiyə millisinin üzvü Premyer Liqa yolunda
Fransa millisində rekord
Vüqar Nadirov bölgə klubunda - Rəsmi
Didye Deşam: "İtaliya millisi son oyunlarda yaxşı formada idi"