AZ

COP29-da uşaqlar, gənclər və iqlim fəaliyyəti üzrə yüksək səviyyəli dəyirmi masa keçirilib - FOTO

COP29 çərçivəsində Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti üzrə yüksək səviyyəli dəyirmi masa keçirilib.

APA xəbər verir ki, tədbir COP29 Prezidentliyinin Gənclər İqlim Çempionu, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən UNICEF-in tərəfdaşlığı ilə təşkil olunub.

Dəyirmi masa insan inkişafı, təhsil, sağlamlıq və sosial müdafiə və s. sahələri əhatə edən müzakirələr, nazirlərin, UNICEF və BMT-nin digər təşkilatlarının, vətəndaş cəmiyyəti üzvlərinin, uşaq və gənclər təşkilatlarının nümayəndələrinin çıxışları ilə davam edib.

Qeyd olunub ki, hər il iqlim dəyişikliyi, xüsusən də iqlimin yaratdığı fəlakətlərdən sonra yerdəyişmə və məktəbə çıxışın məhdudlaşdırılması ilə təxminən 40 milyon uşağın təhsilinə maneə yaranır. Bu təsir artmaqda davam edir və həm də mövcud gender bərabərsizliyini gücləndirir. Məsələn, yeniyetmə qızlar və gənc qadınlar iqlim böhranları zamanı gender əsaslı zorakılıq və istismar riski ilə üzləşirlər.

Dəyirmi masada bildirilib ki, İqlimə Dayanıqlılıq üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsü fərdlərin rifahının təmin edilməsinə, uşaqların və gənclərin iqlim böhranının həllinə töhfə üçün səlahiyyətləndirilməsinə xidmət edir.

Tədbir müzakirələrdən sonra sual-cavabla yekunlaşıb.

COP29-da COP29-da COP29-da
Seçilən
7
2
apa.az

3Mənbələr