Frenk Lempard məşqçilik karyerasını yenidən İngiltərədə davam etdirə bilər.
"Unikal" xəbər verir ki, bu barədə "Sky Sport" məlumat yayıb. 46 yaşlı mütəxəssis İngiltərə 2-ci divizionun "Koventri Siti" klubu ilə danışıqlar aparır. O, tez bir zamanda klubu çalışdıra bilər.
Qeyd edək ki, Frenk Lempard "Çelsi", "Everton", "Derbi Kaunti" kimi klublara baş məşqçilik edib.