AZ

KOB kreditləri üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis - VAKANSİYA

"Bank Respublika" ASC, KOB kreditləri üzrə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Banka yeni müştərilərin cəlb edilməsi məqsədi ilə marketinq vizitlərini həyata keçirmək;
  • Müştərilərə bankın KOS kredit və qeyri kredit məhsulları haqqında ətraflı və dolğun məlumat və məsləhətlər vermək;
  • Rəhbərlik tərəfindən qoyulmuş planlara uyğun olaraq müştəri bazasını yaratmaq;
  • Öz vəzifələrinə aid olan məsələlər üzrə müxtəlif hesabatlar hazırlamaq;

Tələblər:

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə);
  • Kredit sahəsi üzrə minimum 1 illik iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, ingilis və rus dilləri arzu olunandır;
  • MS Office proqramları üzrə biliklər;
  • Analitik düşünmə qabiliyyəti;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Satış etmək, danışıqlar aparmaq, müştəri bazası toplamaq bacarığı;
  • Bank fəaliyyətini tənzimləyən qanun və normativlər üzrə biliklər;

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz. 
 

Zemfira Ms
Fins.az

Seçilən
27
44
fins.az

10Mənbələr