"COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır".Metbuat.az xəbər verir ki, bu fikirləri Almaniya Federativ Respublikasının vitse-kansleri Robert Habek Trend-ə açıqlamasında deyib. O bildirib ki, Bakıda keçirilən COP29 bütün COP tarixində yeni bir mərhələdir.Robert Habek qeyd edib ki, alman ideyası öz sənayeləri üçün dekarbonizasiyanın üstünlüklərini müzakirə etmək istəyən tərəfdaşları toplamaqdır.“Yenilik odur ki, COP həmişə enerji bazarının, enerji sistemlərinin yaşıl keçidini müzakirə edirdi. İndi sənayelərdən danışırıq. Görün COP-un tarixində nə baş verib, haradan başladıq və indi biz polad-beton və sementin yaşıllaşdırılmasını, onlara standartlar verilməsini müzakirə edirik.Cümə günü biz İqlim klubu (Climate Club) platformasını işə saldıq, bu, əslində, bir ana səhifədir, burada ölkələr indi bizimlə əlaqə saxlaya bilər və deyə bilərik ki, yaşıl polad və ya yaşıl alüminium, ya da yaşıl sənayelər haqqında eşitmişik. İqlim dəyişikliyi fonunda bərpa olunan enerjiyə keçid aktları dayandırıla bilməz. İndi bu, bazara əsaslanan bir prosesdir. Bu istiqamətdə, mənim fikrimcə, bu COP-un vədləri, həqiqətən, ümidvericidir.İndi biz, əlbəttə ki, bunu konkret proqramlarla vurğulamaq, şəbəkələr qurmaq üçün çox çalışmalıyıq”, - deyə o bildirib.Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.