AZ

G20 işə başladı

Noyabrın 18-də Rio-de-Janeyroda “İyirmilik” (G20) ölkələrinin ikigünlük sammiti işə başlayıb.

"Unikal" xəbər verir ki, tədbir Müasir İncəsənət Muzeyində (MAM) keçirilir. Braziliya Müdafiə Nazirliyi forumun təhlükəsizliyini təmin etmək üçün 9 min hərbçi cəlb edib.

Braziliya prezidenti Luiz İnasiu Lula da Silvanın sözlərinə görə, tədbirdə ümumilikdə 42 ölkə iştirak edəcək.

G20 (Group of Twenty, ingiliscə: The Group of Twenty, G20) 1999-cu ildə yaradılmış dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatlarının qeyri-rəsmi forumudur. 

Braziliya yoxsulluq və bərabərsizliyə qarşı mübarizəni, enerji keçidini və beynəlxalq institutların islahatlarını (BMT, Beynəlxalq Valyuta Fondu və Dünya Ticarət Təşkilatı daxil olmaqla) G20-yə sədrliyinin mərkəzi mövzuları kimi seçib.

Sammitdən sonra iştirakçı ölkələrin birgə bəyanatı gözlənilir. Braziliya tərəfinin fikrincə, bu sənəddə qlobal münaqişələrin, ilk növbədə Ukrayna və Yaxın Şərqdəki böhranların sülh yolu ilə həllinə yardım mesajı daxil edilməlidir.

Seçilən
0
32
unikal.az

10Mənbələr