AZ

"Azərbaycanda aktyor və aktrisalar çox kasıbdırlar"

“Baxırsan Amerikaya, aktrisalar, aktyorlar milyonlar qazanır. Amma bizdə aktyor və aktrisalar çox kasıbdır”.

 

Modern.az xəbər verir ki, bunu tanınmış aktrisa Pərvin Abıyeva “Pərvizə görə” verilişində deyib.

 

O, Azərbaycanda aktyor və aktrisaların film və seriallara ucuz qiymətə çəkildiyini söyləyib.

 

Aktrisa, həmçinin setlərdə verilən keyfiyyətsiz qidalara görə mədənisinin xəstə olduğunu bildirib:

 

“Xalq artistləri, əməkdar artistlər nə etsin?! İstəmirəm, sənəti ucuzlaşdıraq. Təklif edirəm bütün aktyorlara ki, hər filmə çəkilməsinlər, qonorar qiymətlərini qaldırsınlar. Setlərdə verilən yeməklər ancaq dönər, kolbasa-çörək, mənşəyi bilinməyən yağlarla bişirilən yeməklər, pirojki və s. Aktyorların yığışıb dincələ biləcəyi bir məkan da yoxdur. Bu insan sağlamlığına ziyandır axı. İndiyə qədər demirdim, amma mədəm və qida borum xəstədir. Çəkilişlərdə verilən o yeməklər, yuxusuz gecələr sağlamlığa, dəriyə, saça təsir edir. Nəticədə tez qocalırsan”.

Seçilən
5
modern.az

1Mənbələr