AZ

"COP29-un Azərbaycanda keçirilməsi böyük qürur və önəm daşıyır" – İradə Rizazadə

Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizazadə QHT.az-a özəl açıqlamasında COP29 beynəlxalq iqlim sammitinin Azərbaycanda təşkil olunmasını yüksək qiymətləndirib. O bildirib ki, belə bir mötəbər tədbirin ölkəmizdə keçirilməsi həm qürurverici, həm də qlobal əhəmiyyətli problemlərin müzakirəsi baxımından vacibdir:

"Belə böyük bir sammitin Azərbaycanda keçirilməsi çox önəmlidir. Dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələrin iqlim dəyişikliyi ilə bağlı müzakirələr aparması və həll yollarının araşdırılması böyük əhəmiyyət daşıyır. Bu tədbir beynəlxalq əməkdaşlığımızı daha da gücləndirir və cənab Prezidentimizin çıxışında verilən önəmli mesajlar da bunu təsdiqləyir. Tədbirə 80 ölkədən 72 minə yaxın nümayəndənin qatılması, təşkilatçılığın yüksək səviyyədə aparıldığını bir daha göstərir."

QHT sədri həmçinin, iqlim problemlərinin birgə fəaliyyətlə həll olunacağına və bu tədbirin nəticələrinin Azərbaycanın qlobal mövqeyini gücləndirəcəyinə əmin olduğunu vurğulayıb.

 

Pərvanə Fərhadqızı

Seçilən
13
qht.az

1Mənbələr