AZ

Dureş Avar: "İqlim dəyişikliyi ənənəvi sənaye işçilərinin hüquqlarını təhlükə altına alır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İqlim dəyişikliyi ənənəvi sənaye işçilərinin hüquqlarını təhlükə altına alır".
Oxu.Az xəbər verir ki, bunu COP29 çərçivəsində "Yaşıl iş və bacarıqlar" mövzusunda keçirilən dəyirmi masada Pakistan İşçilər Federasiyasının Regional Prezidenti Dureş Avar deyib.
O bildirib ki, 160 ölkədən 330-dan çox həmkarlar ittifaqını və təxminən 200 milyon üzvü təmsil edir:
"İqlim dəyişikliyi artıq uzaq bir təhlükə deyil, günümüzün reallığıdır və xüsusilə Qlobal Cənubda ənənəvi sənaye sahələrində çalışan işçilərə ciddi təsir göstərir. İqlim böhranının ən böyük problemi işçilərin əmək hüquqlarının qorunmamasıdır. Bu, həm işçilərin təmsil olunma və kollektiv danışıqlar aparmaq hüququna, həm də əməyin mühafizəsinə və təhlükəsizliyinə aiddir. Asiya-Sakit okean regionunda yaşıl keçid üçün bacarıq inkişafı proqramları olsa da, layiqli və iqlimə uyğun iş yerləri həmin ərazilərdə kifayət qədər əlçatan deyil. Regionda işçilərin əksəriyyəti qeyri-rəsmi sektorda çalışır və qadınlar bu sahədə daha çox təmsil olunur. Onlar yaşıl bacarıqların inkişafı üçün prioritet alınmır və sosial müdafiə tədbirləri yetərsizdir", - deyə Avar əlavə edib.
Mərahim Nəsib
Seçilən
23
50
oxu.az

10Mənbələr