AZ

“Beynəlxalq qiymətləndirmə çərçivəsində ətraf mühit savadlılığının ölçülməsi” mövzusunda yüksəksəviyyəli panel keçirildi

Image

COP29 çərçivəsində “Beynəlxalq qiymətləndirmə çərçivəsində ətraf mühit savadlılığının ölçülməsi” mövzusunda yüksəksəviyyəli panel keçirilib.

Panel sessiyasında beynəlxalq ekspertlərin iştirakı ilə PISA kimi qiymətləndirmələrin şagirdlərdə ətraf mühit savadlılığının artırılmasındakı rolu ətraflı müzakirə edilib.

Sessiyada İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer PISA-nın yeni göstəricilərinin şagirdlər arasında iqlim dəyişikliyi savadlılığını necə qiymətləndirə və təşviq edə biləcəyinə dair təqdimatla çıxış edib.

Andreas Şleyxer bildirib ki, Azərbaycan tərəfindən irəli sürülən və təşəbbüs göstərilən bu göstəricilər şagirdlərin ətraf mühit bilikləri və problem həll etmə bacarıqlarını qiymətləndirmək üçün geniş çərçivənin təqdim olunmasını hədəfləyir.

Daha sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev iqlim savadlılığı göstəricilərinin qlobal miqyasda inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Nazir əlavə edib ki, təhsil iqlim dəyişikliyinin reallıqlarına uyğunlaşma, dayanıqlılıq və innovativ həllər üçün əsas baza rolunu oynamalıdır: “Azərbaycan olaraq biz bu yeni göstəriciləri təklif etməklə qlobal təhsil sistemlərinə iqlim savadlılığının inteqrasiyası istiqamətində cəsarətli bir addım atmış olduq”.

Panel sessiyası Elm və Təhsil Nazirliyi ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) arasında şagirdlərin PISA çərçivəsində iqlim savadlılığını qiymətləndirmək üçün razılaşmanın imzalanması ilə yekunlaşıb.

Razılaşma qlobal səylərin iqlim savadlılığının təhsilə inteqrasiyasına yönəlməsi baxımından mühüm addım olaraq qiymətləndirilir.





Seçilən
2
3
baki-xeber.com

4Mənbələr