AZ

Zurabişvili ölkədə təkrar parlament seçkilərinin keçirilməsini TƏLƏB EDİB - VİDEO

Gürcüstan prezidenti Salome Zurabişvili ölkədə təkrar parlament seçkilərinin keçirilməsini istəyib və bununla bağlı növbəti etirazlara səsləyib.

Bizim.Media xəbər verir ki, Zurabişvili bunu Tbilisidə seçkinin nəticələrinə qarşı keçirilən növbəti etiraz aksiyasında bildirib.
 

O qeyd edib ki, noyabrın 19-da “gizli səsvermə prinsipinin pozulması” ilə bağlı Konstitusiya Məhkəməsinə şikayət verəcək.


Eyni zamanda etirazçılar Gürcüstan paytaxtının mərkəzində barrikadalar qurublar.

Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası 89 deputat mandatı qazanıb.

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə sakinlərini Tbilisidə parlament binası qarşısında parlament seçkilərinin nəticələrinə etiraz etməyə çağırıb və aksiyada özü də iştirak edib.



Bizim.Media

Seçilən
7
18
bizim.media

10Mənbələr