AZ

Braziliyalı ölkəmizdə axıtdığı göz yaşlarının səbəbini həftələr sonra dedi

“Hə, o qoldan sonra göz yaşlarımı saxlaya bilmədim. Əsas odur sevinc göz yaşları idi”.

Bu etirafı Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un hücumçusu Aleks Souza edib.

Premyer Liqanın 10-cu turu çərçivəsində Sumqayıtda yerli komanda ilə Tovuz təmsilçisi arasında baş tutan qarşılaşmada braziliyalı göz yaşlarına hakim ola bilmədi.

İkinci yarıda Otto Conun yerinə meydana daxil olan “21 nömrə” rəqib qapısına yol tapandan sonra futbolkası ilə gözlərini siləndə, məsələnin mahiyyətini anlamaq mümkün deyildi.

Lakin hansı səbəbdən təsirləndiyini özündən yaxşı bilən olmaz:

“Yadınızdadırsa, bir müddət öncə zədələnmişdim. Həmin zədəyə görə oynaya bilmirdim.

Hər dəfə düşünürdüm ki, görəsən, sağalandan sonra əvvəlki kimi oynayıb qol vura biləcəyəm, yoxsa yox?

“Sumqayıt”a qol vuran anda çətin günlərim yadıma düşdü. Ona görə də təsirləndim.

Başa düşdüm ki, yenə əvvəlki günləri yaşayacağam. Göz yaşlarım xoşbəxtliyimi ifadə edirdi”.

23 yaşlı forvard cari mövsümdə Premyer Liqada 9 oyunda 1 qol və 2 assist, Azərbaycan kubokunda 1 görüşdə 2 qolla yadda qalıb.

HƏBİB

Seçilən
22
sportinfo.az

1Mənbələr