AZ

“Aqrarkredit” BOKT-un dividend ödənişi üzrə proqnoz 5 %-ə yaxın artırılır

“Aqrarkredit" QSC bank olmayan kredit təşkilatının (BOKT) 2025-ci ildə dövlət büdcəsinə 230 min manat dividend ödəməsi nəzərdə tutulur.

“Far.Az” xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 4,55 % çoxdur.

Rəydə həmçinin deyilir ki, bu ilin yanvar-avqust aylarında kredit təşkilatı 500 min manat dividend ödəyib və proqnozu 227,3 % icra edib.

Xatırladaq ki, “Aqrarkredit” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 45,339 milyon manatdır. BOKT 100% dövlətə məxsusdur.

Seçilən
12
1
far.az

2Mənbələr