AZ

Londonda Harri Keynin şərəfinə abidə ucaldıldı

Futbol üzrə İngiltərə yığma komandasının və “Bayern”in mərkəz hücumçusu Harri Keynin şərəfinə Londonda heykəl ucaldılıb.

Arena.az bu barədə BBC-yə istinadən məlumat verir.

Qəhrəman özü də heykəlin açılış mərasimində iştirak edib. Keyn bununla bağlı fikirlərini də dilə gətirib:

“Futbol həyatımın başladığı yerə qayıtmaq və abidəni açmaq mənim üçün qürurverici bir məqamdır. Ümidvaram ki, bu, gələcək nəsil futbolçularını çox işləməyə və özlərinə inanmağa, ruhlandırmağa kömək edəcək”, deyə Keyn özünün rəsmi “X” sosial şəbəkə hesabı üzərindən paylaşıb.

Qeyd edək ki, abidə Londonda Keynin altı yaşında ikən oynamağa başladığı idman mərkəzində açılıb.

“Daily Mail” dərgisinin məlumatına görə, heykəlin inşası 7,2 min funt-sterlinq məbləğə başa gəlib.

Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqustunda 100 milyon avro məbləğ müqabilində elə London klubundan “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 16 oyuna çıxıb, 17 qol və 9 məhsuldar ötürmə ilə fərqlənib. Keynin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 61 oyun, 61 qol və 21 məhsuldar ötürmədən ibarətdir.

Harri Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 103 oyuna 69 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Əlavə edək ki, Keyn böyük futboldakı karyerası ərzində hələ, bir qənimət belə, qazana bilməyib.

Seçilən
43
arena.az

1Mənbələr