AZ

Ekvadorda meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

Ekvador hökuməti meşə yanğınları ilə əlaqədar bütün ölkədə fövqəladə vəziyyət elan edib.

“Report” xəbər verir ki, bu barədə Ekvadorun Risklərin İdarə Edilməsi Katibliyinin məlumatında deyilir.

“Fövqəladə Hallar Komitəsinin prezidenti İnes Mansano ölkədə meşə yanğınları, su qıtlığı və quraqlıq ilə əlaqədar 60 gün müddətində fövqəladə vəziyyətin tətbiq olunduğunu təsdiqləyib”, - qurumdan bildirilib.

Risklərin İdarə Edilməsi Katibliyindən vurğulanıb ki, ölkə üzrə 17 aktiv və 5 nəzarət edilən yanğı qeydə alınıb. Söhbət ilk növbədə Asuay və Loxa əyalətlərindən gedir. Yanğınları söndürmək üçün helikopterlərdən istifadə olunur.

Qeyd olunur ki, noyabrın 1-dən yanğın nəticəsində Asuay əyalətində 1,7 min hektardan çox, Loxada isə 8,5 min hektardan çox bitki örtüyü məhv olub.

Seçilən
15
5
azpolitika.info

7Mənbələr