AZ

“Özüm 98 benzinəm, heç kimdən qorxmuram”


“Bir sənət adamı var idi. 15 il efirlərə çıxıb ağzına gələni, biləni-bilməyəni, söyüşə qədər söydü. Ona dillənmədim, Allahın məhkəməsinə buraxdım. Allah da onu çürüdüb öldürdü”.

Bunu Mətanət Əsədova “Bir gün” verilişində deyib.

Müğənni ad çəkməsə də, bir zamanlar düşmən olduğu mərhum Əməkdar artist Zöhrə Abdullayeva ilə qalmaqalından danışıb:

“Bir müğənni var idi. Canıma düşmən kəsilmişdi. Onu illərlə dindirmədim. Əməkdar artist Nüşabə Ələsgərli dedi ki, o müğənninin vəziyyəti yaxşı deyil, onu dindir. Xahişinə əməl etdim və dindirdim.

Mən böyük-kiçik yeri bilən insanam. Özüm 98 benzinəm, heç kimdən qorxmuram”.

Xatırladaq ki, Zöhrə Abdullayeva və Mətanət Əsədova arasındakı qalmaqal 2012-ci ildə yaşanıb. M.Əsədova həmkarının ünvanına demişdi:

“Bir adam ki 63 yaşında Əməkdar artist adını alıb, o, mənim tayım deyil. Onun başı çatmır. O, mənimlə barışmaq üçün cəhdlər edir” sözlərini demişdi./olay


Seçilən
14
8
news24.az

8Mənbələr