Almaniya və Finlandiya Baltik dənizində dənizaltı rabitə kabelinin zədələnməsini araşdırır.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə tərəflərin birgə bəyanatında məlumat yer alıb.
Bildirilib ki, faktla bağlı hərtərəfli araşdırma aparılır.
Bundan öncə \"Ilta-Sanomat” qəzeti Finlandiya ilə Almaniya arasında Baltik dənizinin dibi ilə çəkilmiş telekommunikasiya kabelinin qırıldığına dair məlumat yayıb.