AZ

Avropa İttifaqı 9,6 milyard avro xarici ticarət kəsiri ilə üzləşib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) sentyabrda 9,6 milyard avro xarici ticarət kəsiri ilə üzləşib.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) sentyabr ayı üzrə Avropa İttifaqı (Aİ) və Avrozonanın beynəlxalq ticarət məlumatlarını dərc edib.

Məlumatlar göstərir ki, Aİ-nin ixracatı sentyabr ayında əvvəlki ilin eyni ayına görə 0,8 faiz artaraq 212,6 milyard avro, idxalı isə 0,3 faiz azalaraq 203 milyard avro hesablanıb. Beləliklə, Aİ-nin sözügedən ayda xarici ticarət balansında 9,6 milyard avro müsbət saldo yaranıb.

Avrozonda isə ixrac sentyabr ayında 2023-cü ilin eyni ayına nisbətən 0,6 faiz artaraq 237,8 milyard avro, idxal 0,6 faiz azalaraq 225,3 milyard avro qeydə alınıb. Bununla da, Avrozonanın ticarət balansı sentyabrda 12,5 milyard avro müsbət saldo verib.

Sözügedən dövrdə Aİ ölkələrindən ən çox idxal həyata keçirən ölkələr 45,6 milyard avro ilə ABŞ, 28,5 milyard avro ilə Böyük Britaniya, 17 milyard avro ilə Çin, 16,3 milyard avro ilə İsveçrə və 9,1 milyard avro ilə Türkiyə olub.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
34
1
banco.az

2Mənbələr