Maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2024-сü ilin yanvar-oktyabr aylarında 643,7 milyon manatlıq məhsul istehsal edilib.
Avtosfer.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 58,4 faiz artıb, maşın və avadanlıqların istehsalı 43,2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 52,8 faiz azalıb. 2024-сü ilin yanvar-oktyabr aylarında 4433 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2057 ədəd (86,6%) çox minik avtomobili istehsal olunub. İstehsal olunmuş minik avtomobillərin 213-ü hazır məhsul ehtiyatı olub.
Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 14,7 faiz azalıb və 495-ə düşüb.Traktorların 11-i anbarlarda qalıb.
Bu dövrdə yük avtomobilləri 8,7% azalaraq 399 ədəd təşkil edib. Hazır məhsul ehtiyatı 37 ədəd təşkil edib.