Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Meksika, İndoneziya, Cənubi Koreya və Avstraliya liderləri ilə görüşüb. Məlumatı “Anadolu” verib.
Türkiyə prezidentinin Rio-de-Janeyroda keçirilən G20 liderlərinin sammiti çərçivəsində görüşləri davam edir.
Prezident Ərdoğanın növbəti görüşü Meksika, İndoneziya, Cənubi Koreya, Türkiyə və Avstraliya arasında qeyri-rəsmi məsləhət və koordinasiya platforması olan MİKTA-nın liderləri ilə baş tutub.
P.ƏMİRCANOV
XQ