AZ

"Baku Harmoniya" təşəbbüsü hərəkətə çağırışdır - Nazir

Bakı. Trend:

"Baku Harmoniya" təşəbbüsü – hərəkətə çağırışdır.

Trend xəbər verir ki, bubarədə Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29çərçivəsində keçirilən "Fermerlər üçün Baku Harmoniya iqlimtəşəbbüsünün təqdimatı: İqlim dəyişikliyinə qarşı dayanıqlığınartırılması üçün fermerlərin imkanlarının genişləndirilməsi"mövzusunda tədbirdə çıxışı zamanı bildirib.

"Azərbaycan milli səviyyədə strategiyaların həyatakeçirilməsində əhəmiyyətli nailiyyətlər əldə edib, lakin biz başadüşürük ki, iqlim dayanıqlılığı ümumi bir vəzifədir. Qlobaltərəfdaşlarla işləyərək, daha çox investisiya cəlb edə,təcrübələrimizi bölüşə və kənd təsərrüfatı üçün dayanıqlı birgələcək yarada bilərik.

Sonda qeyd etmək istəyirəm ki, fermerlər üçün "Baku Harmoniya"iqlim təşəbbüsü sadəcə yeni bir təşəbbüs deyil. Bu, hərəkətəçağırışdır. Bu, dünyanı qidalandıran fermerlərin zamanımızın ənböyük çağırışına hazır olmasını təmin etmək öhdəliyidir. Beynəlxalqəməkdaşlıq, hədəfli investisiyalar və xüsusilə qadınlar və gənclərdaxil olmaqla, kənd icmalarımızın dəstəyinə daimi diqqət vasitəsiləNizami Gəncəvinin çoxdan arzuladığı harmoniya – insanlar, təbiət vəcəmiyyət arasında harmoniya – yaratmaq mümkündür. Gələcək nəsillərəburaxacağımız dünyada bu baxışı reallaşdırmaq və harmoniyanı təminetmək üçün birlikdə çalışaq", - deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
20
1
az.trend.az

2Mənbələr