AZ

CGİAR: İqlim dəyişikliyi və ərzaq təhlükəsizliyi bir-birinə sıx bağlıdır

Dünyanın ən aktual problemlərindən ikisi olan iqlim dəyişikliyi və ərzaq təhlükəsizliyi bir-birilə çox sıx bağlıdır.

APA xəbər verir ki, bu barədə Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqat Mərkəzləri Konsorsiumun ( CGİAR) icraçı direktoru İsmahane Elouafi Bakıda COP29 çərçivəsində keçirilən “Aşağı emissiya və davamlı qida sistemləri üçün elm və innovasiya” adlı iclasda çıxışı zamanı deyib.

O qeyd edib ki, istixana qazı emissiyalarının demək olar ki, üçdə biri kənd təsərrüfatı, meşə təsərrüfatı və torpaqdan istifadədən qaynaqlanır:

“Biz kənd təsərrüfatı sistemlərimizi iqlim böhranının həllinin bir hissəsinə çevirmək üçün kollektiv fəaliyyətin, elmi innovasiyanın və strateji əməkdaşlığın gücünə inandığımız üçün buradayıq. İstehsal etdiyimiz, emal etdiyimiz, daşıdığımız, ticarət etdiyimiz, saxladığımız və istehlak etdiyimiz üsul iqlim dəyişikliyi ilə mübarizə səylərimizin mərkəzində olmalıdır. Bu sahələrdə əhəmiyyətli transformasiya olmadan dünya iqlim və davamlı inkişaf məqsədlərinə nail ola bilməz".

"Kənd təsərrüfatının həm emissiyaların azaldılmasında, həm də karbon sekvestrində mühüm rol oynadığını nəzərə alsaq, iqlim maliyyələşdirməsinin yalnız 4,3%-nin kənd təsərrüfatına ayrıldığını qeyd etmək üzücüdür. Bu pay azalmaqda davam edir. Lakin bugünkü sessiya fərq yaradan elm və innovasiyaları vurğulamaq üçün bir fürsətdir”, - deyə o bildirib.

Seçilən
5
7
apa.az

9Mənbələr