AZ

G20 ölkələri liderlərinin sammitinin yekun bəyannaməsi qəbul olunub

Braziliyada iki gün davam edən G20 ölkələri liderlərinin sammiti yekun bəyannamənin qəbulu ilə başa çatıb.

"Cebheinfo.az" xəbər verir ki, birgə bəyannamədə Qəzzada baş verən humanitar fəlakət, İsrail-Livan sərhədindəki münaqişələr və Ukraynadakı müharibəyə toxunulub. 

Yoxsulluq, bərabərsizlik, aclıq və süni intellektdən istifadə kimi mövzular da müzakirə edilib.

Qəzza zolağında humanitar vəziyyət "fəlakətli" olaraq xarakterizə edilib. Bəyannamədə humanitar yardıma ehtiyac vurğulanıb. Fələstinlilərin öz müqəddəratını təyinetmə hüququna malik olduğu vurğulanaraq, iki dövlətli həll təklif edilib.

İsrail-Livan sərhədində hərtərəfli atəşkəsin dəstəkləndiyi açıqlanıb.

Birgə bəyannamədə Ukraynadakı müharibənin qlobal ərzaq və enerji təhlükəsizliyinə mənfi təsirləri vurğulanıb. Davamlı sülhün dəstəkləndiyi bildirilib. Nüvə silahlarından azad və hamı üçün daha təhlükəsiz dünya hədəfinə sadiqlik vurğulanıb.

Eyni zamanda süni intellekt də müzakirə edilib. Süni intellektin istifadə ediləcəyi, lakin onun risklərinin diqqətdən kənarda qalmayacağı mesajı verildi.

Həmçinin aclıq, yoxsulluq və bərabərsizliklə mübarizə əzmi də vurğulanıb.

Seçilən
20
2
cebheinfo.az

3Mənbələr