AZ

AUKUS ölkələri birgə hipersəs silahlarının hazırlanmasına başlayır

ABŞ, Böyük Britaniya və Avstraliya AUKUS müdafiə alyansı çərçivəsində hipersəs silahlarının hazırlanması və sınaqdan keçirilməsini planlaşdırır.

Herbiand.az xəbər verir ki, bu barədə Pentaqonun yaydığı açıqlamada məlumat verilib.

Sənədə əsasən, tərəflər "AUKUS Komponent 2" proqramı çərçivəsində hipersəs uçuş sınaqları və eksperimentləri üçün qarşılıqlı sınaq qurğularından istifadə edəcək, eləcə də texniki məlumat mübadiləsi aparacaqlar.

Layihə çərçivəsində Vaşinqton, London və Kanberra öz texnoloji resurslarını birləşdirərək, 2028-ci ilə qədər 252 milyon dollar maliyyə ilə altı birgə uçuş sınağı keçirməyi hədəfləyir. Həm hücum, həm də müdafiə məqsədli hipersəs texnologiyalarının inkişafı planlaşdırılır.

Əməkdaşlıq, yüksək temperaturlu ərintilər, qabaqcıl hərəkət sistemləri, idarəetmə və istiqamətləndirmə texnologiyaları kimi sahələrdə innovasiyaları sürətləndirməyi nəzərdə tutur.

Bundan əlavə, layihə üç ölkənin birgə çəkindirmə potensialını artırmaqla yanaşı, hipersəs silahlarının inkişafı və təchizatı üçün tələblərin müəyyən edilməsinə dəstək olacaq.

Seçilən
1
1
herbiand.az

2Mənbələr