AZ

U-17 qrupdakı son oyununa çıxır

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün üçüncü oyununu keçirəcək. İlham Yadullayevin baş məşqçisi olduğu kollektiv son turda Rumıniya ilə üz-üzə gələcək.

Rumıniyanın Buftya şəhərində təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. Meydan sahibləri 1 xalla üçüncü, əvvəlki hər iki görüşdə uduzan U-17 yığmamız sonuncu – dördüncü pillədə qərarlaşıb. Lider Yunanıstanın 6, ikinci sıradakı Macarıstanın 4 xalı var.

Qeyd edək ki, U-17 daha əvvəl Yunanıstana 3, Macarıstana isə 4 cavabsız qolla məğlub olub.

Seçilən
20
4
futbolinfo.az

5Mənbələr