AZ

Prokuror öz qərarı ilə belə hərəkətləri yerinə yetirmək hüququna malikdir

İttiham aktı ilə daxil olmuş cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun öz qərarı ilə hansı hərəkətləri yerinə yetirmək hüququna malik olduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

İttiham aktı ilə daxil olmuş cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz qərarı ilə aşağıdakı hərəkətləri yerinə yetirmək hüququna malikdir:

– müstəntiq tərəfindən seçilmiş qətimkan tədbirini ləğv etmək və ya dəyişdirmək;

– zərurət olduqda müstəntiq tərəfindən qətimkan tədbirlərinin seçilmədiyi halda belə tədbirlərdən birini seçmək və ya təqsirləndirilən şəxs haqqında həbs, qətimkan tədbirinin seçilməsi barədə təqdimatla məhkəməyə müraciət etmək;

– təqsirləndirilən şəxsin həbsdə və ya ev dustaqlığında saxlanılmasına bu Məcəllənin 155.1-155.3-cü maddələrində nəzərdə tutulan əsaslar mövcud olduqda, bu Məcəllənin 292.1-1-ci maddəsində nəzərdə tutulmuş müddətin təmin edilməsi məqsədi ilə həmin qətimkan tədbirinin müddətinin uzadılması barədə bu Məcəllə ilə müəyyən edilmiş qaydada təqdimatla məhkəməyə və ya müvafiq təqdimatın verilməsi üçün yuxarı prokurora müraciət etmək.

Seçilən
6
heftelik.az

1Mənbələr