AZ

“Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI - VİDEO

“Mars Overseas Baku LTD” şirkətinin Tetra Pak qablaşdırmada istehsal etdiyi “Natura” meyvə şirəsinin içindən kif göbələyi çıxıb. 

 

Pravda.az xəbər verir ki, bu barədə tanınmış bloqer Əfsanə Fərəc öz sosial şəbəkə hesabında paylaşım edib. 

 

2024-cü ilin 25 iyulunda istehsal edilən şirənin son istifadə tarixi 2025-ci ilin 25 iyul ayı göstərildiyi halda içindən kif göbələyi çıxıb. 

 

“Bu nə biabırçılıqdır? Evimizdə körpə uşaqlar içəcəkdi. Stəkana süzəndə adam heç içində nəsə olduğunu bilmir. Bunu hər gün nə qədər insan içir. Biri izah versin ki, bunun içərisində olan nədir? Hər gün körpə uşaqlara alınıb verilir, məktəblərdə satılır. Sadəcə, iyrənc”, - bloqer bildirib. 

 

Pravda.az məsələni araşdırmaq üçün “Mars Overseas” şirkəti ilə əlaqə saxlayıb. Şirkətdən mövqe bildirəcəyi deyilib. 

 

Qeyd: Şirkətin qanuni təmsilçisi Qəhrəman Ramiz oğlu Sadaylıdır. MMC 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 69 942 716 AZN-dir.

 

Aytəkin Qardaşova 

 

Tarix: 19 Noyabr 2024, 11:07   
Seçilən
18
5
pravda.az

6Mənbələr