Olaylar Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çayelidə gecə boyu yağan güclü yağışdan sonra , torpaq sürüşməsi baş verib. Yamacdan qopan torpaq kütlələri bir-birinə bitişik iki yaşayış binasının birinci mərtəbələrini doldurub.
Sürüşmə nəticəsində 1 nəfər ölüb, yaralananların da olduğu bildirilib. Bina sakinləri təxliyə edilib.
Çayeli Bələdiyyə Başçısı sürüşmənin səbəbini bu yaxınlarda baş verən 4,7 bal gücündə zəlzələnin olduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31