“Barselona”nın hücumçusu Robert Levandovski karyerasını İspaniyada davam etdirmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, polşalı klubla müqaviləni yeniləməkdə qərarlıdır. Hazırkı sözləşmə 2025-ci ilə qədərdir. Lakin hücumçu matçların 50 faizində iştirak etsə, onunla müqavilənin daha bir il uzadılması variantı aktivləşəcək.
Levandovskinin 2027-ci ilə qədər müqavilə bağlamaq niyyətində olduğu iddia edilir. 36 yaşlı forvard bu mövsüm La Liqada 13 oyun keçirib və 14 qol vurub.