AZ

Gələn ilin büdcəsinin gəlir və xərcləri bu qədər artacaq

2025-ci ilin dövlət büdcəsində əsasən insanların rifahının daha da yaxşılaşdırılması öz əksini tapıb.   Manset.az xəbər verir ki, bunu Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədov Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirələri zamanı deyib.  

“Hər bir büdcənin uğurları ilə yanaşı, onun vacib göstərişlərindən biri də odur ki, hökümətin başlıca prioritetlərini özündə ehtiva etsin. Növbəti ildə Azərbaycan hökümətinin əsas prioritetləri dövlət təhlükəsizliyinin, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, vətəndaşların rifahının daha da yaxşılaşdırılması ilə əlaqədardır. Hər bir büdcənin başlıca xüsusiyyətləri onun böyüməsi ilə əlaqədar deyil, insanlara nə vəd etməsi ilə səciyyələnir. Gələn ilin dövlət büdcəsinin gəlirlərinin 5.3% artması, xərclərin 4%-dən çox artması nəzərdə tutulub”, - deyə vitse-spiker bildirib. 

Seçilən
22
3
manset.az

6Mənbələr