AZ

Bu ilin 10 ayında Azərbaycanda yaşıl enerji istehsalı 80 faizdən çox artıb

Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda elektrik enerjisinin istehsalı 23 milyon 847,3 kVt·st olub.

"Operativ Media" Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, hesabat dövründə elektrik enerjisi istehsalı İES-lərdə 20 532 milyon kVt·st, SES-lərdə 2 563 milyon kVt·st, digər mənbələr üzrə isə 752,3 milyon kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 44,8 milyon kVt·st, günəş elektrik stansiyalarında 515,3 milyon kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 192,2 milyon kVt·st elektrik enerjisi istehsal edilib.

Beləliklə, 10 ay ərzində yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 1 495 milyon kVt·st artaraq 3 315,3 milyon kVt·st təşkil edib.

Bu müddətdə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 21 066 milyon kVt·st (İES-lərdə 18 676,4 milyon kVt·st, SES-lərdə 2 389,6 milyon kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 411 milyon kVt·st (İES-lərdə 199,8 milyon kVt·st, SES-lərdə 157,3 milyon kVt·st, Günəş ES-də 53,9 milyon kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 34,2 milyon kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 2 336,1 milyon kVt·st təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin ixracı 1 247,6 milyon kVt·st, idxalı isə 150,8 milyon kVt·st olub.

Qeyd edək ki, bu ilin oktyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 060,9 milyon kVt·st olub. Bu dövrdə elektrik enerjisinin ixracı 12,02 milyon kVt·st, idxalı isə 11,4 milyon kVt·st təşkil edib.

Seçilən
12
3
operativmedia.az

4Mənbələr