AZ

DİQQƏT: AMB-nin rəhbər şəxslərinin adından saxta sənədlər yayılır

Azərbaycan Mərkəzi Bankının (AMB) apardığı müşahidələrə və daxil olan müraciətlərə əsasən qurumun rəhbər şəxslərinin adından hazırlanmış saxta sənəd və lisenziyalardan istifadə edilməklə maliyyə xidmətləri istehlakçılarına həqiqətə uyğun olmayan məlumatların verilməsi halları var.

Ölkə.az xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.

"Maliyyə xidmətlərinin göstərilməsi üçün təqdim olunmuş lisenziyalara dair məlumatlar AMB-nin internet səhifəsində (www.cbar.az) bazar iştirakçıları bölməsinin aidiyyəti üzrə yarımbölmələrində əks olunub və davamlı olaraq yenilənir. Bu kimi hallarla rastlaşdıqda səhifəmizdən əsas istinad və məlumat mənbəyi kimi istifadə edilməsi tövsiyə olunur. Əlavə suallarla bağlı qaynar xəttə (966) müraciət oluna bilər", - deyə açıqlamada qeyd olunub.

Seçilən
2
23
olke.az

10Mənbələr