Bu gün Türkiyədə müxtəlif saatlarda 3 zəlzələ olub.
Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, bakı vaxtı ilə saat 04:42-də İzmirin Karaburun bölgəsində 3,3, 08:57-də Kütahyanın Altıntaş bölgəsində 2,1 və 11:46-da Biga Çanaqqala bölgəsində 3,7 bal gücündə zəlzələ baş verib.
Baş verən zəlzələlərin dərinliyi müvafiq olaraq 12,5 km, 7 km və 9,5 km olaraq müəyyən edilib.
Mina Mikayılova