AZ

"Troyka" iqlim dəyişikliyinə uyğunlaşma və təsirlərin azaldılması üçün həll yolları təklif edir

Bakı. Trend:

"Troyka" iqlim dəyişikliyinə uyğunlaşma və onun təsirlərininazaldılması üçün həll yolları təklif edir.

Trend xəbər verir ki, bunuDünya Kənd Forumu (World Rural Forum) nümayəndəsi Alberto Brox "COPto COP - Aqrar-sənaye kompleksinin irsi: Qlobal iqlim hədəflərinənail olmağın açarı" mövzusunda keçirilən tədbirdə bildirib.

"COP26-dan başlayaraq kənd təsərrüfatı iqlim gündəmində getdikcədaha mühüm yer tutur. Bu, COP28-də qəbul edilən BƏƏ-nin dayanıqlıkənd təsərrüfatı, dayanıqlı ərzaq sistemləri və iqlim tədbirləriüzrə Bəyannaməsi ilə daha da möhkəmləndirilib.

Troyka (COP28, COP29 və COP30) qlobal iqlim müzakirələrindəərzaq və kənd təsərrüfatı məsələlərinə artan diqqəti nümayişetdirir. Bu dəyişiklik son dərəcə vacibdir, çünki kənd təsərrüfatıbir-biri ilə bağlı problemlərin həlli üçün unikal imkanlar təqdimedir. O, iqlim dəyişikliyinə uyğunlaşma və təsirlərin azaldılmasıüçün həll yolları təklif edir, dayanıqlığın artırılmasına, ərzaqtəhlükəsizliyinin təmin olunmasına, torpaqların deqradasiyası və suçatışmazlığı problemlərinin həllinə töhfə verir", - deyə A.Broxvurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
25
1
az.trend.az

1Mənbələr