AZ

Zəfər parkı tarixi Qələbənin simvoludur - ÖZƏL

"Bakıda açılışı gerçəkləşən Zəfər parkı Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü bərpa edən 2020-ci ilin Vətən müharibəsində qazandığımız tarixi Qələbənin simvoludur. Bu park, həm də Azərbaycan xalqının iradəsinin və müstəqillik mübarizəsinin təntənəsidir". "Olaylar" xəbər verir ki, bunu YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev deyib: "Zəfər parkı 10 hektar ərazini əhatə edir və gənc nəsillərə də əhəmiyyətli bir miras olaraq mühüm əhəmiyyət kəsb edir. Parkda çoxsaylı abidələr, heykəllər və memoriallar yer alır. Ən diqqət çəkən elementlərdən biri Zəfər Arxıdır. Bu arx 44 metr yüksəkliyindədir, 44 sütundan ibarətdir və 44 günlük müharibənin simvolu olaraq qəbul edilir.
Parkda, həmçinin Zəfər Muzeyi yerləşir. Bu muzey, Azərbaycanın müharibə dövründəki qəhrəmanlıq tarixini, ordunun mübarizəsini və müharibənin nəticələrini əks etdirən eksponatlarla zəngindir. Bu abidə kompleksinin mərkəzində, döyüşlərdə həyatını itirənlərin xatirəsi üçün yaradılmış "Yaddaş Bağı" da əhəmiyyətli yer tutur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
olaylar.az

1Mənbələr