AZ

“Nova Med” klinikası ona icazə verilməyən tibbi xidmətlər göstərir

Sabunçu rayonunda fəaliyyət göstərən “Nova Med” klinikası ilə bağlı cərimə protokolu imzalanıb.

Tribunainfo.az xəbər verir ki, klinikanın İnzibati Xətalar Məcəlləsinin sanitariya, gigiyena və epidemioloji sağlamlıq qaydaları əleyhinə olan 215.1-ci mddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə, fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək
məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Klinika ilə bağlı iş baxılması üçün Sabunçu rayon məhkəməsinə göndərilib. 21 noyabr tarixində hakim Elnurə Rəcəbovanın sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, cərimələnən klinikanın Baş həkimi dermatoloq Əbülfəzov Quludur.

Qarşı tərəfi dinləməyə hazırıq.

Seçilən
24
tribunainfo.az

1Mənbələr