AZ

"Həkim və orta tibb işçisi çatışmazlığı var”- Komitə sədri

“Elə rayonlarımız var ki, orada 100-dən artıq həkim və orta tibb işçisi çatışmazlığı var”

Bunu Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirələri zamanı deyib.  

“Bölgələrdəki tibb müəssisələrinin tibbi kadr təminatı məsələsi çox ağır vəziyyətdədir. Bu istiqamətdə həm Səhiyyə Nazirliyi, həm Azərbaycan Tibb Universiteti, həm də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birlikdə məsləhətlər aparılmalıdır ki, problemlər həll olunsun.

Problemi daha da dərinləşdirən məsələ odur ki, 65 yaşı tamam olan həkimləri həmin gün çağırıb təqaüdə göndərirlər. Əgər regionlarda həkim çatışmazlığı varsa, onları təqaüdə göndərmək nə dərəcədə doğrudur? Çox vaxt həmin həkimlərin işləmə vaxtını bir il uzadırlar. Bu da böyük problemə çevrilir. Həmçinin bölgələrdə tibbi məntəqələrinin binaları acınacaqlı vəziyyətdədir. Orada olan cihazlar sovetdən qalmadır”, - deyə Ə.Əmiraslanov bildirib.

Seçilən
6
7
herbiand.az

10Mənbələr