AZ

UEFA Millətlər Liqası: Azərbaycan yığması qrup mərhələsində sonuncu oyununa çıxacaq

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində bu gün sonuncu oyununa çıxacaq.

"EDnews" xəbər verir ki, komanda C Liqasının I qrupunun matçında İsveçlə qarşılaşacaq.

Görüşün start fiti Bakı vaxtı ilə saat 23:45-də səslənəcək.

Qarşılaşmanı Polşadan olan FIFA referisi Pavel Raçkovski idarə edəcək.

Azərbaycan millisi daha əvvəl Estoniya (1:3, 0:0), Slovakiya (0:2, 1:3) və İsveç (1:3) ilə qarşılaşıb.

Seçilən
0
6
ednews.net

10Mənbələr