Rusiya prezidenti Vladimir Putin ölkənin nüvə silahından çəkindirmə sahəsində dövlət siyasətinin əsaslarını təsdiqləyib.
Musavat.com xəbər verir ki, Rusiya prezidenti bununla bağlı müvafiq fərman imzalayıb.
Sənəddə bildirilir ki, Rusiyanın bu sahədə siyasəti müdafiə xarakterlidir. Hərbi koalisiya tərkibindən hər hansı dövlətin Rusiyaya və ya müttəfiqlərinə qarşı təcavüzü koalisiyanın təcavüzü kimi qiymətləndiriləcək.
Doktrinaya qeyd olunur ki, nüvə silahının tətbiqi barədə qərar Rusiya prezidenti tərəfindən verilir.
Musavat.com