Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında noyabrın 20-də gecə və səhərbəzi yerlərdə çiskinli olacağı, gündüz isə arabir yağış yağacağıehtimalı var. Mülayim şimal-qərb küləyi günün ikinci yarısındaşimal-şərq küləyi ilə əvəz olunacaq.
Trendxəbər verir ki, bu barədə Milli Hidrometrologiya Xidməti məlumatyayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinindəyişkən buludlu olacağı gözlənilir.
Havanın temperaturu gecə 9-11° isti, gündüz 12-15° isti olacaq.Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununayüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağıgözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabirduman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 13-18° isti, dağlardagecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq.