AZ

Cinayət yolu ilə əldə edilən əmlakı leqallaşdıran şəxsə hökm oxundu

Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda ittiham olunan Eldar Şahgəldiyevin məhkəməsində hökm oxunub.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə  istintaqının yekunlaşması elan olunub və dövlət ittihamçısı Rauf Malışov ittiham nitqi ilə çıxış edib.

O, təqsirləndirilən şəxsin indiki ittiham olunduğu maddəsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş öncəki cəzasıda qismən əlavə olunmaqla 12 il 6 ay müddətində azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra təqsirləndirilən şəxs son sözlə çıxış edib. O, 67 yaşında olduğunu və müxtəlif xəstəliklərdən əziyyət çəkdiyini bildirərək hakimdən ən yüngül cəzanın verilməsini xahiş edib. Eldar Şahgəldiyev əlavə edib ki, dövlət ittihamçısının bildirdiyi daha öncəki cəzasının da əlavə edilməsini qəbul etmir. Dəymiş ziyanın isə oğlu tərəfindən tam olaraq ödənilib. 

Hakimlər müşavirədən qayıtdıqdan sonra hökmü elan ediblər. Eldar Şahgəldiyev 9 il müddətində azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, E. Şahgəldiyev Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə zərərçəkmiş qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tanınıb.

Xatırladaq ki, 2020-ci ildə əvvəllər məhkum olunmuş Eldar Şahgəldiyev Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxta sənədlərlə maliyyə əməliyyatları aparan mütəşəkkil dəstənin üzvü kimi saxlanılıb. Ona Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 6 il 3 ay müddətində azadlıqdan məhrum etmə cəzası verilib.

 

Seçilən
0
5
avtosfer.az

8Mənbələr