AZ

Rik Dyuk: "Tullantı sektorunda investisiyaların metan azaldılmasına dair faydalarını maksimuma çatdırdığından əmin olmalıyıq"

Tullantı sektorunda iqlim fəaliyyəti üçün daha çox maliyyə vəsaitinə ehtiyac var.

"Report" xəbər verir ki, bunu Dövlət Departamentində ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsinin müavini Rik Dyuk COP29 çərçivəsində keçirilən "İqlim fəaliyyəti üçün üzvi tullantılardan metan qazının azaldılması" mövzusunda tədbirdə deyib.

"COP29 Sədrliyinə Üzvi Tullantılardan Metan Qazının Azaldılması (ROW) haqqında Bəyannamə irəli sürdüyü üçün təşəkkür etmək istərdim. Bu bəyannaməyə dəstəyimizi təsdiqləyirik", - o qeyd edib.

Onun sözlərinə görə, tullantı sektorunda investisiyaların metan azaldılmasına dair faydalarını maksimuma çatdırdığından əmin olmalıyıq: "ABŞ Dünya Bankı, Afrika İnkişaf Bankı və ABŞ Beynəlxalq İnkişaf Agentliyi ilə birgə tullantı metanı üzrə kreditləşməni artırmaq və mövcud tullantı sektoru kreditləşməsinin iqlim faydalarını artırmaq üçün çalışırıq. Artıq Dünya Bankı tullantı sektoruna qoyduğu milyardlarla dollar investisiya və kreditləşmənin metan emissiyasının azaldılmasına təsirini genişləndirir. Bu istiqamətdə daha çox irəliləyişin olacağını gözləyirik".

Seçilən
2
1
far.az

2Mənbələr