AZ

Santuşun natamam heyəti

Millətlər Liqasının VI turunun bu gün keçiriləcək İsveç - Azərbaycan oyunundan əvvəl komandaların iştirak ərizələri bəlli olub.

İdman.biz xəbər verir ki, Azərbaycan yığmasının sifariş vərəqinə 21 futbolçu daxil edilib.

Millimizin “23-lüy”ünün natamam olması baş məşqçi Fernandu Santuşun sərəncamında cəmi 21 oyunçunun qalması ilə bağlıdır. Estoniya ilə görüşdən sonra üç futbolçunun heyətdən çıxarılması belə çatışmazlıq yaradıb. Rahil Məmmədov zədə, Elvin Cəfərquliyev cəza, Mustafa Əhmədzadə viza ala bilmədiyi üçün səfərə yollanmayıb.

Qapıçılar: 1. Nicat Mehbalıyev, 23. Rza Cəfərov, 12. Aydın Bayramov;

Müdafiəçilər: 21. Abbas Hüseynov, 2. Amin Seydiyev, 4. Bəhlul Mustafazadə, 14. Zamiq Əliyev, 15. Bədavi Hüseynov, 5. Anton Krivotsyuk;

Yarımmüdafiəçilər: 7. Coşqun Diniyev, 20. Aleksey İsayev, 19. Xəyal Nəcəfov, 18. Ceyhun Nuriyev, 16. Səbuhi Abdullazadə, 8. İsmayıl İbrahimli, 17. Toral Bayramov, 6. Ozan Can Kökçü;

Hücumçular: 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 9. Nəriman Axundzadə, 22. Musa Qurbanlı.

Qeyd edək ki, Solnada keçiriləcək İsveç – Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

İdman.biz

Seçilən
7
idman.biz

1Mənbələr