AZ

Rusiya bu hallarda nüvə silahından İSTİFADƏ EDƏCƏK - Putindən FƏRMAN

Rusiya Prezidenti Vladimir Putin ölkənin yenilənmiş nüvə doktrinasını təsdiqləyib.

 

Sfera.az bildirir ki, bu barədə o, yeni fərman imzalayıb. Fərman hüquqi informasiya saytında dərc olunub.

 

Sənəddə növbəti illər üçün bu sahədə əsas istiqamətlər və vəzifələr müəyyən edilib. 

 

Sözügedən sənəddə nələr nəzərdə tutulub?

 

Belə ki, nüvə doktrinasına görə, hərbi bloka daxil olan hər hansı ölkənin Rusiya Federasiyasına (RF) qarşı təcavüzü bütün blokun təcavüzü kimi qiymətləndiriləcək. O cümlədən, RF özünün və Belarusun suverenliyinə və ərazi bütövlüyünə kritik təhlükə yarandığı halda nüvə silahından istifadə edə bilər.

 

Nüvə silahından istifadə şərtləri arasında Rusiya Federasiyasına qarşı ballistik raketlərin buraxılması da yer alıb. Sənəddə bildirilib ki, Rusiya nüvə silahını yalnız son çarə olaraq, suverenliyinin və mövcudluğunun kritik təhlükə altına düşdüyü hallarda tətbiq etməyi nəzərdə tutur.

 

Qeyd edək ki, doktrinaya əsasən, nüvə silahının tətbiqi barədə qərar yalnız Rusiya prezidenti tərəfindən verilir.

 

Günay 

Seçilən
12
sfera.az

1Mənbələr