AZ

Rus Dram Teatrının binası əvvəl belə olub - Foto

Akademik Rus Dram Teatrının binasının arxiv fotosu yayılıb.

OLAY yazır ki, bununla bağlı tanınmış qrafik-dizayner Rəsul Həsən paylaşım edib. O, köhnə şəkli bərpa edərək paylaşıb:

“Bakının maraqlı üslubda binalarından biri olmuş "Mikado sinematoqrafının binası". 1937-ci ildən isə bina Rus Dram Teatrına verilib və indiki görkəminə düşüb. Binada həm klassik arxitektura elementləri (arkalar, sütunlar), həm də Şərq memarlığına xas olan dekorativ elementlər (pavilyon tipli qüllə) var. Molokan bağının yanında anbarı olan Hacı Haşım bəy Kərimovun oğlu Əliheydər bəy Yaponiya və Çinə səyahətə yollanır. Gələndən sonra qərar verir ki, burada bir sinematoqraf binası tikdirmək lazımdır. Yəni belə üslubda bir qüllənin burada olması təsadüfi deyil. Mikado, Yaponiya imperatorunun köhnə titulu olub. Bu termin təkcə hökmdarın özünü deyil, həm də onun evini, sarayını və hətta dövləti ifadə edirdi”.

Seçilən
42
olay.az

1Mənbələr