AZ

Paşinyan işdən çıxardığı nazirlərə qərarını belə çatdırıb

Ermənistanın baş naziri Nikol Paşinyan bəzi məmurların işdən çıxarılmaları ilə bağlı qərarını onlara “WhatsApp” vasitəsilə göndərib.

Publika.az xəbər verir ki, bu barədə “Hraparak” yazıb.

“Dövlət Gəlirləri Komitəsinin keçmiş sədri Rüstəm Badasyan gecə saatlarında bu mesajı alanda gəzintidə idi, lakin bunun saxta və ya telefon “virusu” olduğunu öyrənmək üçün geri zəng etməyə cəsarət etmədi”, - qəzet öz mənbələrinə istinadən yazıb.

Nəşrin məlumatına görə, Badasyan gecə saatlarına qədər yaxın çevrədə şok mesajı müzakirə edib, nə edəcəyini anlamağa çalışıb. Görüşdə işdən çıxarılan digər şəxs, İstintaq Komitəsinin rəhbəri Arqişti Kyaramyan, eləcə də onların dostu, Yerevan meri Tiqran Avinyan da iştirak edib.

Seçilən
5
publika.az

1Mənbələr